Xaçmazda "Ford" markalı mikroavtobus Qusarçay çayının dərəsinə aşıb.
Bakıvaxtı.az-ın xəbərinə görə, hadisə Gəndob-Yalama yolunun Gödəkli kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, kənd sakini Mehdi İsayevin idarə etdiyi mikroavtobus idarəetmənin itirilməsi nəticəsində çayın üzərindəki körpüdən dərəyə aşıb.
Hadisə nəticəsində xəsarət alan sürücü Xaçmaz rayon Mərkəzi Xəstəxanasına çatdırıb.
Faktla bağlı araşdırma aparılır.



















