• Bakı 22° C

    7.71 m/s

  • USD - 1.7

    EUR - 1.8912

    RUB - 0.0186

Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

CƏMİYYƏT

11 Sentyabr 2024 | 15:13

Yağış yağacaq, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

Azərbaycanın rayonlarında sentyabrın 12-si günün ikinci yarısından 14-ü gündüzədək əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Bakıvaxtı.az-a verilən xəbərə görə, ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan) leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, 14-ü səhər yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var.

    Çaylarda sululuğun artacağı, Böyük Qafqazın və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.


    SON XƏBƏRLƏR