• Bakı 12° C

    4.56 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Yardımlıda torpaq sürüşməsi oldu - FOTOLAR

CƏMİYYƏT

05 May 2023 | 16:07

Yardımlıda torpaq sürüşməsi oldu - FOTOLAR

Yardımlı rayonunda torpaq sürüşməsi olub və nəticədə yolda hərəkət məhdudlaşıb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Masallı-Yardımlı avtomobil yolunun 52-ci km-də baş verib.

Yolun hərəkət zolağının 60 metrə yaxın hissəsi yararsız hala düşüb. Torpaq sürüşməsi zamanı ərazidəki istinad divarları ilə yanaşı piyada səkiləri də tamamilə dağılıb.

Dağıntı səbəbindən ərazidən keçən qaz xətti zədələnib. Lakin görülən təcili tədbirlər nəticəsində qaz xəttində yaranan qəza aradan qaldırılıb.

Rayon Fövqəladə Hallar Komissiyasının sədri Azər Xamiyev  məsələ ilə bağlı adiyyəti üzrə müvafiq dövlət qurumları məlumatlandırılıb.

Məlumata görə, torpaq sürüşməsinə son günlər rayon ərazisinə yağan intensiv yağıntılar səbəb olub.

Qeyd edək ki, bu gün Siyəzən rayonunun Sədan kəndində də torpaq sürüşməsi baş verib. /Report


Yardımlıda torpaq sürüşməsi oldu - FOTOLARYardımlıda torpaq sürüşməsi oldu - FOTOLAR
Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026