• Bakı 25° C

    6.83 m/s

  • USD - 1.7

    EUR - 2.0029

    RUB - 2.1438

Yeni Kaledoniyada fövqəladə vəziyyət ləğv edildi

DÜNYA

28 May 2024 | 11:26

Yeni Kaledoniyada fövqəladə vəziyyət ləğv edildi

Fransa prezidenti Emmanuel Makron Yeni Kaledoniyada fövqəladə vəziyyətin ləğv edilməsi ilə bağlı qərar qəbul edib.

Bakıvaxtı.az "Euronews"a istinadən bildirir ki, 7 nəfərin ölümü ilə nəticələnən etirazlardan sonra siyasi dialoqa icazə vermək üçün Yeni Kaledoniyada fövqəladə vəziyyət ləğv edilib.

Danışıqlar müstəqillik tərəfdarı olan Kanak Sosialist Milli Azadlıq Cəbhəsi və etirazçılarla yanaşı, rəsmi nümayəndələri də bir araya gətirmək məqsədi daşıyır. 

Qeyd edək ki, Yeni Kaledoniyada etirazlar zamanı 460-dan çox adam saxlanılıb, 122 hüquq-mühafizə orqanı əməkdaşı yaralanıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR

06 Iyul 2025
05 Iyul 2025