• Bakı 11° C

    5.12 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

Yeni Zelandiyada koronavirus sürətlə artır

DÜNYA

14 Fevral 2022 | 13:14

Yeni Zelandiyada koronavirus sürətlə artır

Yeni Zelandiya koronavirusun yeni dalğası ilə üzləşib, ölkədə yoluxma sayı xeyli artıb.

Bakıvaxtı.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin Baş naziri Casinda Ardern bildirib.

“İndi əvvəllər heç görmədiyimiz problemlər və təhlükələr dövrüdür. Pandemiyanın başladığı iki il ərzində Yeni Zelandiya sakinlərinin get-gdə daha çox yoluxma halları görəcəkləri bir dövrə qədəm qoyuruq”, - hökumət başçısı media nümayəndələri ilə söhbəti zamanı deyib.

Koronavirus pandemiyasından nisbətən az zərər çəkmiş ölkələrdən olan Yeni Zelandiyada son vaxtlar gündəlik yoluxma sayı artaraq ötən gün 981-ə çatıb.

“Worldometers”ə görə, ölkədə pandemiya dövründə koronavirusa 21,5 mindən çox sakin yoluxub, bunların 53 nəfəri dünyasını dəyişib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR