Yunanıstanın keçmiş prezidenti Karolos Papulyas 92 yaşında vəfat edib.
Bakıvaxtı.az-ın məlumatına görə, APA Reuters-ə istinadən xəbər verir ki, Karolos Papulyas 2005-2015-ci illərdə ölkəyə rəhbərlik edib.
O, 1980-1990-cı illərdə xarici işlər naziri olub. Papulyas sol mərkəzçi partiya olan Ümumyunan Sosialist Hərəkatının üzvü idi.
















