• Bakı 8° C

    1.78 m/s

  • USD - 1.7

    EUR - 1.8631

    RUB - 2.0562

Yuxarı Qarabağ kanalı əvvəlki səviyyədə axacaq

CƏMİYYƏT

03 Avqust 2023 | 14:18 | Müəllif: Qalib İbrahimoğlu

Yuxarı Qarabağ kanalı əvvəlki səviyyədə axacaq

"Yuxarı Qarabağ kanalının suyunun əvvəlki səviyədə axması ilə bağlı göstərişi verilib".

Bunu Bakıvaxtı.az-a Yuxarı Qarabağ kanalı istismar idarəsinin rəisi Şakir İmanov bilidirib.

Onun sözlərinə görə, Yuxarı Qarabağ kanalında sızma baş verib. Sızmanın qarşısı qısa müddətdə aradan qaldırılıb.

"Hal hazırda kanalın bəndində bərpa işləri başa çatıb. Biz kanalın suyunun əvvəlki səviyyəyə qaldırmaq göstərişi vermişik. Maksimum 1 sutka ərzində su kanalı əvvəlki səviyyəsində axaçaq", - deyə idarə rəisi əlavə edib.

Qeyd edək ki, avqustun 2-də Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsində bəndin bir hissəsinin uçması nəticəsində ətraf ərazilər subasmaya məruz qalıb. FHN-in Qarabağ və Gəncə Regional mərkəzləri, Dövlət Yanğından Mühafizə Xidməti, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri zəruri təhlükəsizlik tədbirlərinin görülməsi məqsədilə dərhal əraziyə cəlb olunub, aidiyyəti dövlət qurumları məlumatlandırılıb. FHN-in qüvvələri tərəfindən subasmaya məruz qalmış Qaraqoyunlu kəndində zəruri təhlükəsizlik tədbirləri görülüb, o cümlədən təxliyə işləri həyata keçirilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR