• Bakı 7° C

    0.91 m/s

  • USD - 1.7

    EUR - 1.9037

    RUB - 2.084

Zalujnı bu ölkəyə səfir gedə bilər

 

DÜNYA

06 Fevral 2024 | 09:37

Zalujnı bu ölkəyə səfir gedə bilər

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnının Böyük Britaniyada səfir vəzifəsinə razı olduğu bildirilir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ali Radanın deputatı Yevgeni Şevçenko danışıb.

“Məndə olan məlumata görə, Zalujni Böyük Britaniyadakı səfir vəzifəsinə razılaşıb.

Çox güman ki, ora gedəcək və biz bilirik ki, səfir göndərilən adamlar üçün bu, siyasi təqaüddür, heç kim geri qayıtmayıb, Ukraynada belə ənənə yaranıb”, - Şevçenko bildirib.

Son günlər prezident Vladimir Zelenskinin Zalujnını işdən çıxaracağı ilə bağlı intensiv xəbərlər yayılıb. Ukrayna prezidenti son müsahibəsində belə niyyətini etiraf edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR