Xəbər verdiyimiz kimi, Zaqatalada dönərdən kütləvi zəhərlənmə olub.
TƏBİB-dən Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq bildirilib ki, 28 iyul 2026-cı il tarixində saat 09:30 radələrindən başlayaraq, 14 nəfər (9 kişi, 3 qadın cinsli, 2-si azyaşlı olmaqla) zəhərlənmə şübhəsi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara zəruri tibbi xidmətlər göstərilib. Vəziyyətləri qənaətbəxş qiymətləndirildilən şəxslərin hər biri ambulator müalicə üçün evə buraxılıblar.
Zeynəb Rzayeva
Bakı 



