"Müharibənin bitməsidaha çox ABŞ-nin münasibətindən asılıdır".
Bakıvaxtı.az "Fox News"a istinadən xəbər verir ki, bunu Ukrayna prezidenti Vladimir Zelenski deyib.
Onun sözlərinə görə, ABŞ Ukraynaya hərbi yardımı dayandırsa, Rusiyaya qarşı müharibədə uduzacaqlar:
"Hazırkı məqamda əsas odur ki, Ukrayna və ABŞ arasında birlik olsun. Müharibəyə son qoymağın yeganə yolu diplomatiyadır. Mən həqiqətən əminəm ki, bu gündən etibarən müharibənin sona çatması Putindən asılıdır. O, bunu edə bilər. Putin ABŞ-dən daha zəifdir. ABŞ prezidentinin gücü, səlahiyyətləri və silahları var. Enerji resurslarının qiymətini aşağı sala bilər. Trampın enerji resurslarının və neftin qiymətlərini aşağı sala biləcəyinə dair siqnallar eşitmişəm və bunu etmək lazımdır".
ABŞ-nin yeni prezidenti seçilən Donald Trampın müharibəni bitirmə ehtimalını dəyərləndirən Zelenski qeyd edib ki, ABŞ əlindəki bütün imkanlardan istifadə edərsə, müharibə bitə bilər.
Gülşən Şərif