• Bakı 7° C

    7.65 m/s

  • USD - 1.7

    EUR - 1.8548

    RUB - 2.0745

Zelenski Ukraynanı itirdi - Müharibə ilə bağlı şok gəlişmə

DÜNYA

04 Yanvar 2024 | 13:27 | Müəllif: Subhan Mahmudov

Zelenski Ukraynanı itirdi - Müharibə ilə bağlı şok gəlişmə

Ukrayna Prezidenti Vladimir Zelenski sonunu gətirəcək üç əsas səhvə yol verdi.

Bakıvaxtı.az bildirir ki, bunu ukraynalı siyasətçi Viktor Medvedçuk deyib.

"Birinci səhvi qeyri-peşəkarların hakimiyyətə cəlb edilməsidir. Ukrayna Prezidenti Vladimir Zelenski siyasətə şou-biznes qanunları ilə daxil olub. Siyasətini məhz bu qanunlarla davam etdirib. Zelenskinin guya xalqdan olan insanlara güvənməsi şou kimi möhtəşəm görünsə də, dövlətin maraqlarına ziyan vurub. Bütün tarix onu deməyə əsas verir ki, idarəetmə sinfinin təsadüfi insanlara dəyişdirilməsi özlüyündə heç nəyi həll etmir. İkinci səhvi isə nasist ideologiyasına keçiddir. Üçüncü səhvi Qərbin yardımını həddən artıq qiymətləndirməsi olub. Ukrayna prezidenti peşəkar olmasa da, Qərbin dəstəyinin Rusiya ilə qarşıdurmanın bütün risklərini əhatə edəcəyinə səmimi inanırdı. Zelenskinin özü başqasının pulu ilə oynayaraq heç vaxt uduzmayacağını düşünərək yanıldı. Acı da olsa, həqiqət belədir. Zelenski Ukraynanı itirdi", - deyə Medvedçuk vurğulayıb./teleqraf.com


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Noyabr 2026