• Bakı 27° C

    15.23 m/s

  • USD - 1.7

    EUR - 1.8459

    RUB - 0.02

"Zeytun bağı" restoranının ərazisindəki ağaclar kəsildi

CƏMİYYƏT

02 Aprel 2024 | 16:24

Zeytun bağı restoranının ərazisindəki ağaclar kəsildi

Binəqədi rayonu, Həmzə Babaşov küçəsində, “Zeytun bağı” restoranının ərazisində ağacların kəsilməsi ilə bağlı Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə daxil olan şikayət araşdırılıb.

Xidmət rəsmisi Qafar Ağayev Bakıvaxtı.az-a bildirib ki, sözügedən ünvana keçirilən baxış zamanı ərazidə tikinti işləri aparılarkən 4 zeytun ağacının sərt budandığı müəyyən edilib.

"Faktla bağlı restoranın səlahiyyətli nümayəndəsi Rəfael Manafov barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb. Aparılan tikintinin qanunauyğun olub-olmadığının araşdırılması məqsədilə Binəqədi rayon İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktubla müraciət olunub”.


SON XƏBƏRLƏR

26 Iyul 2024