• Bakı 22° C

    8.59 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

12 ölkənin vətəndaşlarının ABŞ-yə girişi qadağan edildi
DÜNYA
05 Iyun 2025 | 09:26

12 ölkənin vətəndaşlarının ABŞ-yə girişi qadağan edildi

Amerika lideri Donald Tramp bazar ertəsindən (9 iyun - Qeyd) etibarən 12 ölkə vətəndaşlarının ABŞ-a girişini qadağan edib və daha 7 ölkənin sakinlərinə qismən məhdudiyyətlər qoyub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ağ Evin yaydığı bəyannamədə deyilir.

Tam qadağa Əfqanıstan, Haiti, İran, Yəmən, Liviya, Myanma, Konqo Respublikası, Somali, Sudan, Çad, Ekvatorial Qvineya və Eritreya vətəndaşlarına şamil ediləcək. Məhdudiyyətlər bazar ertəsi, iyunun 9-da ABŞ-ın şərq vaxtı ilə saat 00:01-də (Bakı vaxtı ilə 08:01) qüvvəyə minəcək.

Bundan əlavə, Burundi, Venesuela, Kuba, Laos, Syerra-Leone, Toqo və Türkmənistan vətəndaşlarına qismən məhdudiyyətlər qoyulacaq.

Sənəddə qeyd olunub ki, qərar sərəncam qüvvəyə minməzdən əvvəl verilmiş vizalara şamil edilməyəcək.

"Prezident Tramp amerikalıları ölkəmizə gəlmək və bizə zərər vermək istəyən təhlükəli xarici aktyorlardan qorumaq vədini yerinə yetirir", - Ağ Evin sözçüsü Abigeyl Cekson deyib.

O əlavə edib ki, məhdudiyyətlərin tətbiq olunduğu ölkələrdə insanlar lazımi qaydada yoxlanılmır. Bundan əlavə, müddəti bitmiş vizalar da çoxdur. Qərarda istisnalar nəzərdə tutulur: məsələn, qadağa ikili vətəndaşlığı olan şəxslərə, xarici diplomatlara, idmançılara və digər kateqoriyalara aid edilməyəcək.


SON XƏBƏRLƏR