• Bakı 26° C

    6.75 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

54 milyonluq mənimsəmədə ittiham olunan sabiq baş direktora hökm oxundu
CƏMİYYƏT
08 Sentyabr 2025 | 10:45

54 milyonluq mənimsəmədə ittiham olunan sabiq baş direktora hökm oxundu

Külli miqdarda mənimsəmədə ittiham olunan “SOCAR-AQŞ” MMC-nin həbsdə olan sabiq baş direktoru Ramin İsayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Hökmə əsasən, Ramin İsayev 14 il müddətinə azadlıqdan məhrum edilib. Həmçinin təqsirləndirilən şəxsin əmlakları müsadirə olunacaq. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsimdə çəkəcək.

    Qeyd edək ki, Ramin İsayev 54 milyon manat mənimsəmədə ittiham olunur.

    Ona qarşı Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 193-1.3.2 (cinayət yolu ilə əldə olunmuş əmlakın leqallaşdırılması), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 313 (vəzifə saxtakarlığı) maddələri üzrə ittiham verilib.
    R. İsayev 2020-ci ildə “SOCAR-AQŞ” MMC-nin baş direktoru vəzifəsindən azad edilib. Ötən il Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilib.


    SON XƏBƏRLƏR

    07 Sentyabr 2025