2024-cü ildə Avropa Birliyi Rusiya qazının alınmasına Ukraynaya yardımdan daha çox pul xərcləyib.
Bakıvaxtı.az xəbər verir ki, bunu AB-nin energetika üzrə komissarı Dan Yorgensen deyib.
Yorgensen Avropa Komissiyasının 2027-ci ilə qədər Rusiya qazından tamamilə imtina etmək məqsədini təsdiqləyib.
O, həmçinin yeni asılılığa düşməmək üçün alternativ bərpa olunan və nüvə enerjisinin inkişafının vacibliyini qeyd edib.