• Bakı C

    4.53 m/s

  • USD - 1.7

    EUR - 1.9767

    RUB - 2.1982

ABŞ gələn il Qəzza zolağına sülhməramlılar yerləşdirə bilər
DÜNYA
10 Dekabr 2025 | 16:54

ABŞ gələn il Qəzza zolağına sülhməramlılar yerləşdirə bilər

Birləşmiş Ştatlar 2026-cı ilin əvvəlində Qəzza zolağına sülhməramlılar yerləşdirməyi planlaşdırır.

Bakıvaxtı.az "Əl-Cəzirə"yə istinadən xəbər verir ki, Vaşinqton gələn ilin əvvəlində bir və ya iki ölkənin iştirakı ilə Qəzzaya beynəlxalq sabitləşdirmə qüvvələrinin qabaqcıl dəstəsini yerləşdirməyi gözləyir.

Məlumata görə, hazırda ABŞ hakimiyyəti bir neçə ölkə, o cümlədən ərəb ölkələri ilə qoşun kontingentinin təmin edilməsi ilə bağlı danışıqlar aparır. Sülhməramlılar Fələstinin HƏMAS hərəkatının nəzarətində olan ərazilərə yerləşdirilməyəcək. 

Hazırda hərbi kontingentin formalaşdırılması, komanda strukturu, dislokasiyaya hazırlıq, döyüş qaydaları, maddi-texniki təchizatla bağlı məsələlər müzakirə olunur.

Gülşən Şərif


SON XƏBƏRLƏR