• Bakı C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

Amnistiya aktının icrasına BAŞLANILDI
CƏMİYYƏT
20 Dekabr 2025 | 10:40

Amnistiya aktının icrasına BAŞLANILDI

Milli Məclisin “Konstitusiya və Suverenlik İli” münasibətilə qəbul etdiyi Amnistiya aktının icrasına artıq başlanılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi “Yeni Sabah”ın sorğusuna cavabında bildirilib.

“Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən irəli sürülmüş təşəbbüs ilə 19 dekabr 2025-ci il tarixində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin Qərarı qəbul edilib.

Ədliyyə Nazirliyi artıq dekabrın 19-da etibarən qərarın icrası istiqamətində işlərə başlanılıb. Amnistiya tətbiq edilən, dairəsi müəyyənləşdirilmiş şəxslərin siyahısı artıq hazırlanıb. Qərarın təxirəsalınmadan icrası barədə nazirliyin aidiyyəti struktur qurumlarına zəruri tapşırıqlar verilib”.

Nazirlik bildirib ki, Amnistiya aktının təxminən 8 min məhkumu əhatə edəcəyi gözlənilir:

“İlkin siyahıya əsasən, 5 minə yaxın şəxsin azadlıqdan məhrumetmə cəzasından azad edilməsi nəzərdə tutulur. Həmçinin cəzası 6 ay azaldılacaq məhkumların sayı 3 minə yaxındır.

Amnistiya aktı ilkin siyahıya əsasən, azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza növləri ilə əlaqədar ümumilikdə 10 mindən çox şəxsi əhatə edəcək. Sözügedən Qərarla 7 mindən artıq şəxsin azadlığın məhdudlaşdırılması cəzasından azad olunması nəzərdə tutulur ki, bu da amnistiyanın probasiya sahəsində genişmiqyaslı və əhəmiyyətli təsirini nümayiş etdirir.

Ədliyyə Nazirliyi qərarın icrasını Amnistiya aktının müvafiq bəndlərinə uyğun olaraq, mərhələli şəkildə təxirəsalınmadan həyata keçiriləcək.

Həmçinin, nazirlik Amnistiya aktının icrası barədə ictimaiyyətə mütəmadi olaraq məlumat təqdim edəcək”.

Xatırladaq ki, dekabrın 19-da Mİlli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərara qəbul edib. Amnistiya aktı ilə bağlı təşəbbüsü Prezident İlham Əliyev irəli sürüb.


SON XƏBƏRLƏR

19 Dekabr 2025