• Bakı 21° C

    4.33 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

ATƏT-in Minsk Qrupunun buraxılması təklifini dəstəkləməyə hazırıq - Mirzoyan
DÜNYA
05 Iyun 2025 | 16:48

ATƏT-in Minsk Qrupunun buraxılması təklifini dəstəkləməyə hazırıq - Mirzoyan

Ermənistan Azərbaycanla sülh müqaviləsinin imzalanma tarixini və yerini müəyyən etmək üçün mümkün qədər tez məsləhətləşmələrə başlamağa hazırdır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

Onun sözlərinə görə, Azərbaycan tərəfi də bununla bağlı öz mövqeyini bildirib.

"Müəyyən ilkin şərtlər var. Mövzulardan biri ATƏT-in Minsk qrupunun buraxılmasıdır ki, bu da bizim üçün məqbuldur. Məntiqlə bu münaqişə ilə bağlı hər hansı təşkilata ehtiyac qalmayacaq", - deyə Mirzoyan bildirib.

Nazir qeyd edib ki, ATƏT-in Minsk qrupunun buraxılması və sülh müqaviləsinin imzalanması prosesləri eyni vaxtda aparılmalıdır.

Mina Mikayılova

 


SON XƏBƏRLƏR