Avstraliyada 16 yaşına qədər olan uşaqlar üçün sosial media istifadəsi rəsmi olaraq qadağan olunub.
Bakıvaxtı.az "Reuters"ə istinadən xəbər verir ki, yeni qərarla "TikTok", "Alphabet", "YouTube", "Meta" və digər iri texnoloji şirkətlər daxil olmaqla, 10 ən böyük platformaya uşaqların girişi tam bloklanıb.
Yeni qanunun tələblərinə əməl olunmadığı halda şirkətlər təxminən 33 milyon ABŞ dollar cərimə olunacaq.
Avstraliyanın baş naziri Antoni Albanese bu günü ailələr üçün "qürur günü" adlandırıb.
Gülşən Şərif
Bakı 











