• Bakı C

    4.81 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

Axtarışda olan 262 nəfər saxlanıldı
CƏMİYYƏT
20 Dekabr 2025 | 10:59

Axtarışda olan 262 nəfər saxlanıldı

Dekabrın 19-da ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan 10 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Bakıvaxtı.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 285, o cümlədən borclu şəxs qismində axtarışda olan 262 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 48 nəfər saxlanılıb.


SON XƏBƏRLƏR

19 Dekabr 2025