• Bakı 27° C

    2.75 m/s

  • USD - 1.7

    EUR - 1.9894

    RUB - 2.1364

Hərbçilərimiz Pakistanda hərbi paradda - VİDEO
SİYASƏT
14 Avqust 2025 | 14:52

Hərbçilərimiz Pakistanda hərbi paradda - VİDEO

Avqustun 13-də Pakistan İslam Respublikasının paytaxtı İslamabad şəhərində ilk dəfə "Müstəqillik günü" və "Haqqın qələbəsi"nə həsr edilmiş hərbi parad keçirilib.

Müdafiə Nazirliyindən Bakıvaxtı.az-a verilən xəbərə görə, paradı Pakistanın siyasi və hərbi rəhbərliyi ilə yanaşı, Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev, ölkəmizin Pakistan İslam Respublikasındakı səfirliyi və hərbi attaşelik aparatının nümayəndələri, eləcə də digər rəsmi qonaqlar izləyiblər.

    Müxtəlif ölkələrin silahlı qüvvələrinin nümayəndələrinin iştirak etdiyi hərbi paradda ölkəmizi Azərbaycan Ordusunun parad heyəti təmsil edib.


      SON XƏBƏRLƏR