• Bakı 22° C

    8.32 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Azərbaycan və Braziliya iqlim dəyişikliyi ilə mübarizə üçün proqram hazırlayır
SİYASƏT
04 Iyun 2025 | 09:54

Azərbaycan və Braziliya iqlim dəyişikliyi ilə mübarizə üçün proqram hazırlayır

Azərbaycan ilə Braziliya iqlim dəyişikliyi ilə mübarizə istiqamətində dəyəri 1,3 trilyon ABŞ dolları olan proqram hazırlayır.

Bakıvaxtı.az xəbər verir ki, bunu Prezidentin iqlim məsələləri üzrə nümayəndəsi, COP29-un Prezidenti Мuxtar Babayev 30-cu Yubiley Bakı Enerji Forumu çərçivəsində bildirib.

Onun sözlərinə görə, hazırda iqlim dəyişiklliyi ilə mübarizədə yeni çətinliklər ortaya çıxıb: "Belə ki, iqlim dəyişikliyi ilə mübarizədə müəyyən ölkələr fərqli siyasət yürütməyə başlayıblar. Xüsusilə söhbət ABŞ-dən gedir. Onun iqlim dəyişikliyi ilə mübarizə ilə bağlı müzakirələrdən geri çəkilməsi bu prosesə mənfi təsir göstərir. Amma digər donor ölkələr Bakıda vəd etdikləri üzrə hazırlıq işlərinə başlayıblar".

M.Babayev qeyd edib ki, COP-29-da tarixi nəticə əldə olunub: "300 milyard dollarlıq vəsaitin toplanması razılaşdırıldı. Bu, böyük uğur idi. Elə ölkələr var idi ki, trilyonlarla dollar vəsait gözləyirdilər".


SON XƏBƏRLƏR

05 Iyun 2025