• Bakı 21° C

    4.33 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Əhmədli - İçərişəhər xəttində yubanma oldu
CƏMİYYƏT
06 Iyun 2025 | 00:17

"Əhmədli" - "İçərişəhər" xəttində yubanma oldu

Bakı metrosunun "Əhmədli"-"İçərişəhər" xəttində qısamüddətli yubanma olub.

Bunu Bakıvaxtı.az-a açıqlamasında “Bakı Metropoliteni” QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov bildirib.

"Hərəkətdə olan qatarın maşinist kabinasında qapıların işarəvermə qurğusu işə düşüb. Maşinist baxış keçirib. Hər hansı bir problem aşkarlanmayıb. Lakin növbəti mənzildə problem təkrarlanıb. Maşinist dispetçerə məlumat verməklə sərnişinləri düşürüb. Qatara sərnişinsiz olmaqla baxış keçirilib", - B.Məmmədov deyib.

Onun sözlərinə görə, baxış keçirilmə vaxtında xətdə qısamüddətli yubanma yaranması qaçılmaz olub. Lakin operativ olaraq xəttə ehtiyat qatar verilib və interval bərpa olunub.


SON XƏBƏRLƏR