• Bakı 21° C

    4.33 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Azərbaycanda bu nazirliyin əməkdaşları rüşvət almaqda ittiham olunur
HADİSƏ
05 Iyun 2025 | 14:10

Azərbaycanda bu nazirliyin əməkdaşları rüşvət almaqda ittiham olunur

Rüşvət almaqda, dələduzluq və digər ağır cinayətlərdə ittiham olunan Eyvaz Orucalı oğlu Niftalıyev və Ramis Mürsəl oğlu Hümmətovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Bakıvaxtı.az Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

E.Niftaliyev deyib ki, ziyanı ödəmək istəyir:

"Artıq dörd aydır həbsdəyəm, heç kimim, yanına gələn də yoxdur. Ona görə də barəmdə seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyirəm".

Dövlət ittihamçısı Rauf Malışov təqsirləndirilən şəxsin vəsatətinin təmin olunmamasını istəyib.

Zərərçəkmişlər isə ziyanın ödənilməsini tələb ediblər.


SON XƏBƏRLƏR