Hazırda ölkənin 51 ali təhsil müəssisəsində 190 minə yaxın tələbə təhsil alır. Araşdırmalar göstərir ki, ali təhsil müəsssələrindən məzun olan gənclərin yalnız 42 faizi ixtisası üzrə işləyə bilir.
Bakıvaxtı.az Xəzər TV-yə istinadən bildirir ki, ekspert Kamran Əsədov deyir ki, təkcə bakalavr pilləsi üzrə 130-dan çox ixtisasa qəbul həyata keçirilir. Buna baxmayaraq bəzi ixtisasları bitirənlər əmək bazarında iş tapmaqda ciddi çətinlik çəkirlər.
İş tapmaqda çətinlik çəkən gənclər arasında hətta prespektivli ixtisasları bitirənlər da var.
Ekspert Kamran Əsədov deyir ki, bəzi universitetlər hələ də heç bir praktikası olmayan, iqtisadiyyata töhfə verməyən, real sektorun tanımadığı sahələrə qəbul aparır. Kamran Əsədov bu sahədə ciddi islahata ehtiyac olduğunu bildirir.
Onun sözlərinə görə, artıq bir sıra ixtisaslar öz popluyarlığını itirir. Müasir dövrdə texnologiyanın inkişafı xüsusilə tərcümə ixtisasına təsirsiz ötüşmür. Nəticəsiz ixtisasların siyahısı hazırlanmalı, ali təhsil sistemində məzmun islahatları aparılmalı və universitetlərin real bazara yönəldilməsi olmalıdır.
Videomaterialı təqdim edirik.