• Bakı 21° C

    4.33 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Şamaxı və Xızıda zəlzələ olub - YENİLƏNİB
HADİSƏ
05 Iyun 2025 | 17:23

Şamaxı və Xızıda zəlzələ olub - YENİLƏNİB

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətinin məlumatında deyilir.

    Qeyd olunub ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, 05.06.2025-ci il tarixində yerli vaxtla saat 16:02-də Şamaxı rayonu ərazisində 7 km dərinlikdə 3.7 maqnituda və 16:04-də 4 km dərinlikdə 3.1 maqnituda zəlzələlər qeydə alınıb.

    ***

    16:16

    Pirqulu rayonunda zəlzələ qeydə alınıb.

    Bu barədə Bakıvaxtı.az-a Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.

    Bildirilib ki, zəlzələ episentrdə 4, ətraf rayonlarda 4-3 bala qədər hiss olunub.


    SON XƏBƏRLƏR