• Bakı 21° C

    4.33 m/s

  • USD - 1.7

    EUR - 1.94

    RUB - 2.1438

Bakı-Quba yolunda yanğın - xəsarət alan var
HADİSƏ
05 Iyun 2025 | 15:42

Bakı-Quba yolunda yanğın - xəsarət alan var

Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhəd avtomobil yolunun 28-ci kilometrliyində yerləşən, hazırda fəaliyyət göstərməyən və sahibinin kimliyi məlum olmayan ərazidə yanğın hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə nəticəsində ərazidə yerləşən bir ədəd mazutvuran nasos və təxminən 30 kvadratmetr sahədə olan mazut kütləsi yanıb.

Yanğın zamanı orada fəhlə kimi çalışan Sumqayıt şəhər sakini, 1996-cı il təvəllüdlü Əliyev Famil Qələmşah oğlu termik yanıq xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR