• Bakı 29° C

    4.74 m/s

  • USD - 1.7

    EUR - 1.9683

    RUB - 2.1256

Bakının bu ərazilərində işıq olmayacaq - saat 10:00-dan...
CƏMİYYƏT
07 Avqust 2025 | 10:33

Bakının bu ərazilərində işıq olmayacaq - saat 10:00-dan...

Bu gün Bakının Xəzər rayonunun Zirə kəndinin bəzi hissələrində elektrik enerjisinin verilişində fasilə yaranacaq.

Bu barədə Bakıvaxtı.az-a “Azərişıq” ASC-dən məlumat verilib.

Bildirilib ki, Zirə Enerji Təchizatı və Satışı İdarəsinin (ETSİ) ərazisində 35 kV-luq hava xəttində avqustun 7-də təmir-bərpa işləri aparılacaq. Bununla əlaqədar olaraq saat 10:00-dan saat 12:00-dək Zirə kəndinin bəzi hissələrində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

İşlər yekunlaşdıqdan sonra həmin ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.


SON XƏBƏRLƏR

06 Avqust 2025