Almaniyanın "Bavariya" klubunun yarımmüdafiəçisi Brayan Saraqosa İspaniya La Liqasına qayıda bilər.
Bakıvaxtı.az "El Chiringuito"ya istinadən xəbər verir ki, "Barselona" 23 yaşlı futbolçu ilə danışıqlara başlayıb.
Brayanın "Bavariya" ilə müqaviləsinin müddəti 2029-cu ilin yayına qədərdir.
Qeyd edək ki, B.Saraqosa ötən mövsüm İspaniyanın digər klubu "Osasuna"da icarə əsasında çıxış edib. Yarımmüdafiəçi İspaniya çşempionatında meydana çıxdığı 27 oyunda 1 qol, 6 məhsuldar ötürmə müəllifi olub.