• Bakı 21° C

    5.11 m/s

  • USD - 1.7

    EUR - 1.9265

    RUB - 2.1007

Ceyhun Bayramov ilə BƏƏ-nin XİN başçısı arasında telefon danışığı oldu
SİYASƏT
22 May 2025 | 08:21

Ceyhun Bayramov ilə BƏƏ-nin XİN başçısı arasında telefon danışığı oldu

Xarici işlər naziri Ceyhun Bayramov ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan arasında mayın 21-də telefon danışığı aparılıb.

Bakıvaxtı.az
xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Məlumata görə, telefon danışığı zamanı ölkələrimiz arasında strateji tərəfdaşlıq çərçivəsində görülən işlər, həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, habelə regional və beynəlxalq təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Telefon danışığı zamanı həmçinin digər əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparılıb.


SON XƏBƏRLƏR

21 May 2025