"Çin noyabr ayında Rusiyadan 961 milyon dollar dəyərində qızıl alıb ki, bu da ikitərəfli ticarətdə indiyə qədər ən yüksək məbləğdir".
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "RİA Novosti" Çinin gömrük məlumatlarını təhlil edərək bildirib.
"Bu, ardıcıl ikinci aydır ki, belə böyük tədarüklər qeydə alınır: tədarük oktyabr ayında 930 milyon dollar təşkil edib.
Ötən ilin eyni aylarında qiymətli metal Çinə ixrac edilməyib və pik dəyəri 223 milyon dollar olub.
Son 11 ayda Çinin Rusiya qızıl idxalı rekord həddə - 1,9 milyard dollara çatıb ki, bu da bir il əvvəlki səviyyədən təxminən doqquz dəfə çoxdur", - məlumatda qeyd edilib.
Aynur Babazadə
Bakı 












