• Bakı C

    3.03 m/s

  • USD - 1.7

    EUR - 1.9921

    RUB - 2.128

Orban: Macarıstan Ukraynanın parçalanmasında maraqlı deyil
DÜNYA
21 Dekabr 2025 | 01:01

Orban: Macarıstan Ukraynanın parçalanmasında maraqlı deyil

"Macarıstan Rusiya ilə münaqişə nəticəsində Ukraynanın parçalanmasında maraqlı deyil və qonşu ölkədə sabitliyin bərqərar olmasını istəyir". 

Bakıvaxtı.az xəbər verir ki, bunu Macarıstanın Baş naziri Viktor Orban Seqeddə keçirilən görüşdə hakim Fidesz-Macarıstan Vətəndaş Birliyi partiyasının fəallarının suallarını cavablandırarkən bildirib.

O qeyd edib ki, Ukraynanın parçalanması Macarıstan üçün böyük problem olacaq: "Bunun baş verməməsi üçün çox iş görməliyik. Kəndli yaxşı başa düşür ki, onun torpağının dəyərinə qonşusunun sərvəti də təsir edir", - deyə Baş nazir bildirib.

Orban vurğulayıb: "Macarıstanın sabit Ukraynaya ehtiyacı var".

Aynur Babazadə


SON XƏBƏRLƏR

20 Dekabr 2025