"Macarıstanın Baş naziri Viktor Orban Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyünü öz təhlükəsizliyinin qarantı hesab edir və bu prosesin bloklanmasını Macarıstandakı seçki kampaniyasına görə edir".
Bakıvaxtı.az xəbər verir ki, bunu şənbə günü jurnalistlərlə onlayn söhbəti zamanı Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
Zelenski qeyd edib ki, Ukrayna Aİ üzvlüyünü təhlükəsizlik qarantiyası hesab edir və bir çox Avropa lideri də bu fikri bölüşür.
"Orban bunun bizim üçün təhlükəsizliyin qarantiyası olduğunu aydın şəkildə başa düşür. Amma onun üçün bu günə qədər Aİ-yə üzvlüyümüz hələ də seçki kampaniyası, seçki prosesidir və düşünürəm ki, o, ilk növbədə özü haqqında düşünür", - deyə Zelenski bildirib.
"Bir nəfər özü haqqında belə düşünür, amma bütün bir millət əziyyət çəkir. Baxmayaraq ki, deyərdim ki, ən azı iki millət, çünki məhz buna görə Ukrayna ilə Macarıstan, ukraynalılar və macarlar arasında dostluq möhkəmlənmir", - deyə o əlavə edib.
Ukrayna prezidentinin sözlərinə görə, "hər şey ötüb keçdiyi kimi, bu da şübhəsiz ki, keçəcək".
Zeynəb Rzayeva
Bakı 












