• Bakı 18° C

    14.85 m/s

  • USD - 1.7

    EUR - 1.9122

    RUB - 2.1087

Çin telekommunikasiya peykini orbitə çıxarıb
DÜNYA
20 May 2025 | 20:48

Çin telekommunikasiya peykini orbitə çıxarıb

Çinin “Çançjen 7A” (“Long March 7A”) raket daşıyıcısı “ChinaSat-3B” rabitə peykini orbitə çıxarıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “People's Daily” qəzeti məlumat yayıb.

Qeyd olunur ki, ikimərhələli raketin buraxılışı Çinin cənubundakı Haynan adasındakı Vençan kosmodromundan həyata keçirilib.

Nəşrin məlumatına görə, “China Satcom” şirkətinin Ku-diapazonlu geostasionar rabitə peyki təyin olunmuş orbitə uğurla daxil olub. O, oxşar cihazların orbital qrupuna qoşulacaq. Peyk istifadəçilərə telefon xidmətləri, rəqəmsal məlumatların və televiziya və radio stansiyalarından siqnalların ötürülməsi üçün nəzərdə tutulub.


SON XƏBƏRLƏR

20 May 2025