• Bakı 25° C

    9.62 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Dünyanın ən quraq səhrasına qar yağdı
DÜNYA
27 Iyun 2025 | 09:03

Dünyanın ən quraq səhrasına qar yağdı

Dünyanın ən quraq bölgəsi hesab olunan Aтакама səhrasına qar yağıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə həmin ərazidə yerləşən ALMA rəsədxanasının "X" hesabında paylaşım edilib.

"Ən quraq səhrada - Atakama səhrasında qar yağıb", – deyə məlumatda bildirilir.

Qeyd olunub ki, bu cür intensiv qar yağıntısı bölgədə sonuncu dəfə 10 il əvvəl müşahidə olunub.

Atakama səhrası Çilinin şimalında, yüksək dağlıq ərazidə yerləşir. Səhrada yağıntının son dərəcə az olması onu astronomik müşahidələr və rəsədxanaların qurulması üçün ideal məkana çevirib.


SON XƏBƏRLƏR

26 Iyun 2025