Azərbaycan ordusunun Baş qərərgah rəisi Kərim Vəliyev türkiyəli həmkarı Metin Gürakla birlikdə Beynəlxalq Anadolu Qartalı - 2025 təlimində fəxri müşahidəçi qismində iştirak edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri "X" sosial media hesabında məlumat yayıb.
Məlumata görə, Türkiyə Hərbi Hava Qüvvələri komandanı general Ziya Camal da təlimdə iştirak edib.