• Bakı 21° C

    6.23 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1739

Azərbaycan banklarına qoyulan depozitlərin məbləği 15 %-dən çox artıb
İQTİSADİYYAT
27 Iyun 2025 | 17:13

Azərbaycan banklarına qoyulan depozitlərin məbləği 15 %-dən çox artıb

 Bu ilin iyunun 1-nə Azərbaycan banklarının depozit portfeli 43 milyard 207,1 milyon manat təşkil edib.

Bakıvaxtı.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 4,3 %, ilin əvvəlinə nisbətən 7,3 %, 2024-cü ilin eyni dövrü ilə müqayisədə isə 15,3 % çoxdur.

Bunun 57,5 %-i, yaxud 24 milyard 838,9 milyon manatı qeyri-maliyyə təşkilatlarının payına düşüb. Bu, illik müqayisədə 17,4 % çoxdur.

İl ərzində ev təsərrüfatlarının əmanətləri 10,1 % artaraq 15 milyard 063 milyon manata, maliyyə təşkilatlarının depozitləri isə 25,7 % artaraq 3 milyard 305,2 milyon manata çatıb.

Hesabat dövründə cəmi depozitlərin 24 milyard 527,3 milyon manatı (il ərzində 8,7 % artıb) qısamüddətli, 18 milyard 679,8 milyon manatı (+25,3 %) isə uzunmüddətli olub.


SON XƏBƏRLƏR