Yeni tikilən binaların birinci mərtəbəsində məktəbəqədər təhsil müəssisələri yaradılsın.
Bakıvaxtı.az xəbər verir ki, bu təkliflə Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyası üzrə iclasında deputat Siyavuş Novruzov çıxış edib.
Onun sözlərinə görə, bu, həm say, həm də qiymətlər baxımından mümkündür:
"Bəzən valideynlərin hər ikisi işləyir, bu da çətin olur. Binaların hər birində mağaza açmaq əvəzinə məktəbəqədər təhsil müəssisəsi olsun ki, valideyn uşağını avtobusla uzaq yerlərə daşımasın. Elə binasının birinci mərtəbəsində bir məktəbəqədər təhsil müəssisəsi olsa, ora aparar",
Həmçinin nəzərə çatdırıb ki, bələdiyyələr də öz ərazisində məktəbəqədər təhsil müəssisəsi yaratsa, yaxşı olar.
"Uşağı evdə saxlamaq onun qabiliyyətinin ortaya çıxmasının qarşısı alınır, psixologiyasına da ziyandır. elə özəl təhsil müəssisəsi var ki, 7000 manat tələb edir. Elə ailə var ki, birdən çox uşağı var. Onlar necə ödəsin? Bu məsələlərə qanunvericilikdə yenidən baxılmasına ehtiyac var".
Mina Mikayılova