• Bakı 23° C

    8.9 m/s

  • USD - 1.7

    EUR - 1.9762

    RUB - 2.1788

Ermənistan və İran TŞ katibləri kommunikasiyaların açılmasını müzakirə edib
DÜNYA
17 Iyul 2025 | 15:55

Ermənistan və İran TŞ katibləri kommunikasiyaların açılmasını müzakirə edib

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iranlı həmkarı Əli Əkbər Əhmədianla telefon danışığı aparıb.

Bakıvaxtı.az Ermənistan mediasına istinadən xəbər verir ki, Əli Əkbər Əhmədian regionda kommunikasiyaların açılması ilə bağlı Ermənistanın mövqeyini bir daha dəstəkləyib.

Qriqoryan İrəvanın mövqeyinin dəyişməzliyini vurğulayaraq bildirib ki, dəhlizlər keçdikləri ölkələrin ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası prinsipləri əsasında fəaliyyət göstərməlidir.

Telefon danışığı zamanı Ermənistan-İran gündəliyi və təhlükəsizlik məsələlərinə də toxunulub.


SON XƏBƏRLƏR