• Bakı 28° C

    11.15 m/s

  • USD - 1.7

    EUR - 1.9638

    RUB - 2.0646

Azərbaycan çempionu Kürdə batdı - YENİLƏNİB - FOTO
HADİSƏ
10 Avqust 2026 | 10:02

Azərbaycan çempionu Kürdə batdı - YENİLƏNİB - FOTO

Samuxda 17 yaşlı qızın suda boğulmasının bəzi təfərrüatları məlum olub.

Bakıvaxtı.az-ın apa-ya istinadla məlumatına görə, suda batan 2009-cu il təvəllüdlü Gülnaz Məmmədova Kür çayına ailəsi ilə birlikdə istirahətə gedibmiş.

    Qızın nənəsi Gülnaz Məmmədova apa-ya bildirib ki, hadisə nəvələri suda çiməndə baş verib: “Gözümüz baxa-baxa nəvəm suda birdən yoxa çıxdı. Oğlum, digər nəvəm dalınca getdi, tapa bilmədi. Keçən dəfə də gəlmişdik. Həmişə üzürdü. Gülnaz elə bilib ki, qardaşı boğulur, onun dalınca suya girdi”.

    Nənəsi onu da bildirib ki, nəvəsi idmançıdır, bir neçə yarışın qalibi olub.

    O, Gülnazın bu il 11 ci sinfi bitirdiyini də deyib.

    Qeyd edək ki, Samux təmsilçisi Gülnaz Məmmədova kikboksinq idman növü ilə məşğul olub.

    Sonuncu dəfə Gəncədə keçirilən Kikboksinq üzrə XXX Azərbaycan birinciliyində qızıl medal qazanıb.

    ***

    08:37

    Samux rayonunda 1 nəfər Kür çayında batıb.

    Bakıvaxtı.az xəbər verir ki, hadisə Kür çayının rayonun Yenikənd ərazisindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, Gəncə şəhər sakini, 2009-cu il təvəllüdlü Gülnaz Məmmədova Kür çayında boğulub.

    Onun meyiti FHN xilasediciləri tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.


    Batıgöz reklamMedia İnkişaf

    SON XƏBƏRLƏR

    10 Avqust 2026