Gümrü şəhər merinin müavini Avetis Arakelyan və daha üç nəfərə qarşı cinayət işi başlanıb.
Bakıvaxtı.az Ermənistan mediasına istinadən xəbər verir ki, ittihamlar kütləvi iğtişaşlarla əlaqədar irəli sürülüb və iki təqsirləndirilən şəxs saxlanılıb.
Təqsirləndirilən şəxslər arasında mer Vardan Qukasyanın oğlu Spartak Qukasyan (hazırda həbsdədir), bələdiyyə xidmətləri şöbəsinin müdiri Artem Mkrtçyan və müşavir Karapet Qukasyan var. Mkrtçyan və Karapet Qukasyan saxlanılıb, Arakelyan isə artıq azadlığa buraxılıb.
Qeyd edək ki, mer Vardan Qukasyan 21 oktyabrda iki ay müddətinə həbs edilib. O, rüşvətxorluqda ittiham olunsa da, günahını inkar edib. Müdafiə tərəfinin sözlərinə görə, ittiham aktında yer alan hadisələrin demək olar ki, hamısı Qukasyanın mer olmadığı 2024-cü ilin dekabrından 2025-ci ilin fevralına qədər olan dövrə aiddir.
Bakı 











