• Bakı 17° C

    7.19 m/s

  • USD - 1.7

    EUR - 1.9265

    RUB - 2.1007

İlon Mask “Tesla”nın pilotsuz taksi xidmətini işə salır
DÜNYA
21 May 2025 | 17:00

İlon Mask “Tesla”nın pilotsuz taksi xidmətini işə salır

İlon Mask iyunun sonunda Texasın Ostin şəhərində 10 “Model Y” avtomobili ilə “Tesla”nın pilotsuz taksi (Robotaxi) xidmətinə başlayacağını açıqlayıb.

Bakıvaxtı.az-ın məlumatına görə, o, CNBC-yə müsahibəsində bildirib ki, xidmət uğurlu olarsa, minlərlə avtomobilə qədər genişlənəcək. Maskın növbəti hədəfi isə bu xidməti Los-Anceles və San-Fransiskoda da istifadəyə verməkdir.

Qeyd edək ki, taksilər tam avtonom idarəetmə sistemi ilə təchiz olunacaq.

Eyni zamanda “SpaceX” və “xAI” şirkətlərinin rəhbəri olan Mask ABŞ-də sabiq prezident Donald Trampın da əsas məsləhətçilərindən sayılır. “Bloomberg”in məlumatına görə, onun sərvəti 376 milyard dollar dəyərində qiymətləndirilir.


SON XƏBƏRLƏR