• Bakı 26° C

    0.93 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

İsmayıllıda itkin düşən qadın TAPILDI - YENİLƏNİB
HADİSƏ
13 Iyul 2025 | 15:54

İsmayıllıda itkin düşən qadın TAPILDI - YENİLƏNİB

İsmayıllı rayonunda itkin düşən 1985-ci il təvəllüdlü Elnarə Kərimova tapılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev məlumat verib.

Qeyd edək ki, dünən İsmayıllı rayon sakini, 1985-ci il təvəllüdlü Elnarə Kərimova mayın 26-da yaşadığı evdən çıxaraq naməlum istiqamətdə getməsi ilə bağlı məlumat yayılmışdı.

 

***12.07.2025,15:48

İsmayıllı rayon sakini, 1985-ci il təvəllüdlü Elnarə Kərimova mayın 26-da yaşadığı evdən çıxaraq naməlum istiqamətdə gedib.

Bakıvaxtı.az xəbər verir ki, bu haqda DİN məlumat yayıb

Bildirilib ki, sonuncu dəfə onun əynində qara rəngli köynək, yaşıl şalvar və qara rəngli ayaqqabı olub.

Onun əlamətləri: boyu 163 sm, dolu bədən quruluşlu, saçları qaradır.

Elnarə Kərimovanın harada olması barədə məlumatı olan şəxslərən DİN-in “102” Xidməti- Zəng Mərkəzinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin (020)282-11-89  şəhər və 050-280-45-00 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.


SON XƏBƏRLƏR

12 Iyul 2025