• Bakı 36° C

    0.72 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.1912

London yaxınlığında təyyarə qəzaya uğrayıb
DÜNYA
13 Iyul 2025 | 21:42

London yaxınlığında təyyarə qəzaya uğrayıb

Böyük Britaniyanın paytaxtı London şəhəri yaxınlığındakı Sautend hava limanından havaya qalxan kiçik təyyarə qəzaya uğrayıb.

Bu barədə Bakıvaxtı.az “Daily Mail” nəşrinə istinadən xəbər verir.

Qeyd olunub ki, “Beechcraft B200” biznes-jeti yerli vaxtla saat 15:45-də (Bakı vaxtı ilə 18:45) havaya qalxıb və Niderlandın Lelystad şəhəri onun təyinat yeri kimi göstərilib.

İki mühərrikli turbovintli təyyarənin göyərtəsində neçə nəfərin olduğu barədə hələlik məlumat yoxdur.

Britaniya mediası və sosial şəbəkələri hadisə yerində böyük yanğının və qara tüstü buludlarının fotolarını dərc edir.

Esseksdə yerləşən Sautenddən bütün uçuşlar ləğv edilib.


SON XƏBƏRLƏR

13 Iyul 2025
12 Iyul 2025