Vaşinqtonda Paytaxt Yəhudi muzeyində atəş açan şəxs əvvəllər hüquq-mühafizə orqanlarının diqqətini cəlb etməyən Çikaqodan (İllinoys ştatı) olan 30 yaşlı Elias Rodriqes olub.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Polisin məlumatına görə, o, yeganə atəş açan şəxs olub.
Qeyd olunur ki, atəşdən sonra Rodriqes muzey binasına daxil olmağa cəhd edib, lakin mühafizə xidməti onu içəri buraxmayıb.
Atəş açan şəxs artıq saxlanılıb, o, saxlanılarkən əməlini etiraf edib və tapançanı harada atdığını bildirib. O, həmçinin "bunu Qəzzə üçün etdiyini" deyib.
***
08:28
Vaşinqtonda İsrail səfirliyinin iki əməkdaşı güllələnib
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə "CBS: News" məlumat yayıb.
Telekanalın məlumatına görə, İsrail diplomatı və onun yoldaşı tədbirdən sonra paytaxtdakı Yəhudi Muzeyindən çıxarkən güllələnib.
İnsident çərşənbə günü yerli vaxtla saat 21:15 radələrində baş verib.
Amerika prezidenti Donald Vaşinqtonda iki israilli diplomatın ölümü ilə nəticələnən atışmanı antisemitizm motivi adlandırıb.
Murad Məmmədli