İsrail hakimiyyəti 14 və 16 yaşlı iki yeniyetməyə qarşı İranın xeyrinə casusluq ittihamı irəli sürüb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Jerusalem Post yazıb.
Yeniyetmələri Telegram vasitəsilə İranla əlaqəsi olduğunu bildirən şəxs cəlb edib. Onlar iyun ayından etibarən pul müqabilində müxtəlif tapşırıqları yerinə yetiriblər.
Məlumata görə, yeniyetmələr qrafiti çəkib, kəşfiyyat məlumatları ötürüb və digər israilliləri də əməkdaşlığa cəlb etməyə çalışıblar. Onlardan biri əlavə tapşırıqlar almaq üçün özünü İsrail Müdafiə Ordusunun hərbçisi kimi təqdim edib.

DÜNYA
30 Avqust 2026 | 19:26
İsraildə 2 yeniyetmə İranın xeyrinə casusluq edib - FOTO

SON XƏBƏRLƏR
15:52
29 Avqust 2026











