Türkiyənin Qara dəniz sahilində yerləşən Samsun vilayətində sahilə mənsubiyyəti hələ müəyyən edilməyən pilotsuz kater çıxıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə İHA agentliyi məlumat yayıb.
Pilotsuz kater Çarşamba rayonunda yerli balıqçı tərəfindən aşkarlanıb. Balıqçı hadisə barədə jandarmaya və sahil mühafizəsinə məlumat verib.
Katerin aşkarlandığı ərazi mühasirəyə alınıb və obyekti araşdırmaq üçün əraziyə ekspertlər göndərilib.
Qeyd edək ki, bundan əvvəl Türkiyənin Qara dəniz sahilində yerləşən Zonguldak vilayəti yaxınlığında dənizdə pilotsuz uçuş aparatı aşkarlanmışdı. Partlayış təhlükəsi olan aparat istehkamçılar tərəfindən zərərsizləşdirilmişdi.
Son dövrlərdə Türkiyənin Qara dəniz sahilindəki vilayətlərində, o cümlədən partlayıcı maddələr daşıyan pilotsuz uçuş aparatlarının qalıqları dəfələrlə aşkarlanıb.












