"Kəpəz" kapitanı Yeqor Xvalko ilə vidalaşıb.
Bakıvaxtı.az-ın Report-a istinadən məlumatına görə, belaruslu müdafiəçinin başa çatan müqavilə müddəti yenilənməyib.
Qeyd edək ki, Y.Xvalko son üç ildə "sarı-göylər"in şərəfini qoruyub. 28 yaşlı oyunçu Gəncə təmsilçisinin heyətində meydana çıxdığı 95 çempionat matçında 3 qol vurub.