• Bakı 16° C

    6.17 m/s

  • USD - 1.7

    EUR - 1.9581

    RUB - 2.1111

Laçın kəndlərinin torpaq potensialı yenidən qiymətləndirilib
İQTİSADİYYAT
21 Noyabr 2025 | 01:26

Laçın kəndlərinin torpaq potensialı yenidən qiymətləndirilib

Kənd Təsərrüfatı Nazirliyi müvafiq güc strukturları ilə birlikdə Laçının Zabux kəndində əhalinin ərazini təhlükəsiz şəkildə parselləməsinə və həmin sahələrin vətəndaşlara təhkim olunmasına şərait yaratmağa çalışacaq.

Bakıvaxtı.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov "Baku TV"yə müsahibəsində deyib.

Nazirin sözlərinə görə, 2025-ci ildə azad olunmuş ərazilərdə məhsuldarlığın artırılması məqsədilə 2024-cü illə müqayisədə əkin sahələrinin təxminən üçdə biri azaldılıb:

"Nəticədə azad edilmiş ərazilərdə məhsuldarlıq 37 % artıb. Bu, yaxşı göstəricidir. Amma həmin ərazilərdə hələ də görülməli işlər qalır".

O bildirib ki, yaxın günlərdə Laçının Sus, Bəylik və Zabux kəndlərinin əkin potensialı təhlil edilib:

"Sus və Bəylik kəndlərində torpaqlar əkin üçün yararlı deyil. Bu səbəbdən bu kəndlərdə əsas diqqət heyvandarlıq və arıçılığın inkişafına yönəldiləcək. Zabux kəndində isə əkin üçün yararlı sahələr müəyyən olunub. Bu ərazilər Ermənistanla sərhəddə yerləşir. Biz Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidməti ilə birlikdə əhalinin həmin sahələrdə təhlükəsiz şəkildə ərazi bölgüsü aparmasına və əkin sahələrinin vətəndaşlara təhkim olunmasına çalışacağıq".


SON XƏBƏRLƏR

20 Noyabr 2025