2021-ci ildə orta əməkhaqqı 533 manat idisə, 2022-ci ildə bu rəqəm 720 manata, 2023-cü ildə isə 830 manata yüksəlib. Artım 2024-cü ildə də davam edib və orta aylıq əməkhaqqı 920 manata çatıb. 2025-ci il üçün bu göstərici 965 manata yüksəlib.
Bakıvaxtı.az xəbər verir ki, bu fikirləri elm və təhsil naziri Emin Əmrullayev İTV-nin “Diqqət mərkəzində” verilişində deyib.
O bildirib ki, əməkhaqlarının artımı ilə yanaşı, son 5 ildə dövlət ümumi təhsil müəssisələrində çalışan müəllimlərin sayında da dəyişiklik baş verib:
“2021-ci ildə 130 min 109 nəfər müəllim fəaliyyət göstərirdisə, bu rəqəm 2022-ci ildə 129 min 969 nəfər, 2023-cü ildə 129 min 340 nəfər olub. 2024-cü ildə müəllimlərin sayı 127 min 273 nəfərə düşüb. 2025-ci il üçün proqnoz isə 120 min 747 nəfər təşkil edir.”
Bakı 











